BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur aktyor vəfat etdi - FOTO

ABŞ-li aktyor, prodüser, rejissor və keçmiş peşəkar futbolçu Karl Uezers 77 yaşında vəfat edib.


Bu barədə onun meneceri Mett Luber məlumat verib.


“Rokki” və “Yırtıcı” filmlərinin ulduzu yuxuda vəfat edib. Onun ölümünün səbəbi barədə məlumat verilmir.


Karl Uezers 14 yanvar 1948-ci ildə ABŞ-də anadan olub. O, ən çox “Rokki” filmində Apollo Krid, “Yırtıcı” filmindəki Corc Dillon, “Xoşbəxt Gilmor” filmində Çabbs Peterson rolları ilə tanınır.


Aktyor “Ulduz müharibələri: Mandalor” serialındakı işinə görə “Dramatik serialda dəvət edilmiş ən yaxşı aktyor” nominasiyasında “Emmy Primetime” mükafatına layiq görülüb./Oxu.az

Fotoları təqdim edirik
Tarix: 3 Fevral 2024, 07:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin