BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN-də kadr təyinatı – Vilayət Eyvazov əmr imzaladı

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyev vəzifədən azad edilib.

 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, Y.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

 

Nazirin digər əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Nurullah Məmmədxanlı DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.Report

Tarix: 15 May 2020, 20:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin