BURADA REKLAMINIZ OLA
BİLƏR

Slovakiya Prezidenti virusa yoluxub

ABŞ-da işgüzar səfərdə olan Slovakiya Prezidenti Zuzana Çaputovanın koronavirus testi müsbət çıxıb.

 

Bu barədə TASR informasiya agentliyi məlumat yayıb.

 

Pittsburqda olan Çaputova xəstəliyi səbəbindən ABŞ-a səfərinin son günü - fevralın 4-də iş proqramını ləğv edib. O, fevralın 1-də Kanadadan ABŞ-a gəlib, daha sonra Kaliforniyaya gedib. Prezident sahibkarlardan ibarət nümayəndə heyətinin rəhbərliyi ilə, xüsusən də “Google” şirkətinin baş ofisində olub.

 

Çaputova fevralın 5-də Slovakiyaya qayıtmalıdır, o, yaxın günlər üçün iş proqramını ləğv edib./Report

Tarix: 4 Fevral 2024, 23:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin