BURADA REKLAMINIZ OLA
BİLƏR

Qohumunu güllələyən bank əməkdaşı yenidən məhkəmə qarşısına çıxarılır

Qaxda qohumunu güllələməkdə ittiham olunan Cavidan Məmmədovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Şəki Apellyasiya Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin hazırlıq iclası fevralın 5-nə təyin edilib.


Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavidan Məmmədov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Hadisə 18 iyul 2023-cü il tarixdə, saat 22:20 radələrində Qax rayonunun Almalı kəndində yerləşən “göllər” adlanan ərazidə qeydə alınıb.


Belə ki, 1991-ci il təvəllüdlü Cavidan Məmmədov ov tüfəngi ilə qohumu Turan Məmmədova xəsarət yetirib.


İttihama görə, Cavidan öz həyat yoldaşını Turana qısqanıb. Hadisə də elə qısqanclıq zəminində baş verib.


Xatırlatma: Turan Məmmədovla Cavidan Məmmədov yaxın qohumdurlar və hər ikisi "Bank Respublika"nın Qax filialında çalışıblar.

Tarix: 5 Fevral 2024, 09:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin