BURADA REKLAMINIZ OLA
BİLƏR

Dələduzluq edən sabiq bələdiyyə sədri ilə bacısından xəbər var

Dələduzluqda təqsirli bilinən YAP Gənclər təşkilatının keçmiş sədr müavini, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses fevralın 6-na təyin edilib.


Şikayət hakim Anar Tanrıverdiyevin sədrliyi ilə araşdırılacaq.


Onlar barələrində bəraət hökmünün çıxarılması istəyirlər.


Qeyd: A.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama), İ.Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə zərərçəkmişlərə dəymiş ziyan bir milyon manata yaxın hesablanıb. 


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Əliyeva 7 il, İ.Turkut isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İ.Turkut məhkəmə zalında həbs edilib. 

 

Kamal Məmmədov 


Tarix: 5 Fevral 2024, 09:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin