BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu nazir istefa verdi

Ukraynanın veteranlarla iş üzrə naziri Yuliya Laputina istefa ərizəsini Ali Radaya təqdim edib.

 

Bu barədə Ukrayna parlamentinin sədri Ruslan Stefançuk feysbuk səhifəsində məlumat verib.

 

Onun sözlərinə görə, müraciətə növbəti plenar iclasda baxılacaq.

 

Qeyd edək ki, Y.Laputina Kiyevdə anadan olub. Psixoloji və pedaqoji təhsil alıb. 1992-ci ildən Ukrayna Təhlükəsizlik Xidmətində (UTX) işləyib.

 

Ali Rada onu 2020-ci ilin dekabrında veteranlarla iş üzrə nazir təyin edib./Report

Tarix: 5 Fevral 2024, 23:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin