BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda “MAN”la 2 nəfəri ödürən “Azpetrol"un sürücüsü hökmdən narazıdır

Bakıda ağır yol qəzası qəza törədərək 2 nəfərin ölümündə təqsiləndirilən Səbuhi Şəfiyevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 9-na təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Şəfiyevə hökm oxunub və o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2022-ci ilin martin 21-də Qaradağ rayonunda baş verib.

 

Belə ki, Səbuhi Şəfiyevin idarə etdiyi “Azpetrol LTD” MMC-yə məxsus “MAN” markalı, 99-JA-796 dövlət qeydiyyat nişanlı yanacaq daşıyan yük avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq qarşı tərəfdəki zolağa çıxıb. Bu zaman yük avtomobili “Mercedes” markalı, 50-EK-610 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1987-ci il təvvəllüdlü Almazov Musa Həsənxan oğlu və sərnişini, 1996-cı il təvəllüdlü Əsgərli Mehdi Şükür oğlu hadisə yerində ölüb.

 

Səbuhi Şəfiyevin dediyinə görə, hadisə zamanı sərxoş olub. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Səbuhi Şəfiyevə qarşı Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 6 Fevral 2024, 10:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin