BURADA REKLAMINIZ OLA
BİLƏR

Vasif Tağıyevin anası oğlunu yaralayan şəxs barəsində edam hökmü çıxarılmasından danışdı

İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı şücaət göstərən Vasif Tağıyevin anası Təranə Tağıyeva oğlunu ağır yaralayan terrorçu barəsində edam hökmü çıxarılmasına münasibət bildirib.

 

T.Tağıyeva Pravda.az-a açıqlamasında fikirlərini belə ifadə edib: “Bəli, doğru qərardır. Bir insan ölümü olsa da, ona “insan” demək olmaz. Orxanın qısası alındı, Vasifin, Mahirin qanı yerdə qalmadı. Səfirlik Azərbaycan torpağıdır. Bizim torpağımıza uzanan əllər mütləq kəsilməlidir! Biz dövlətimizə, cənab Prezidentimizə güvənirik. Haqq-ədalət yerini tapmalıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizin canı sağ olsun, bütün oğullarımızı Allah özü qorusun. Amin!"

 

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. 

 

Aytəkin Qardaşova 

Tarix: 6 Fevral 2024, 12:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin