BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəstəliyə görə pensiyaya çıxan vətəndaşlara verilən məbləğ 65 yaşdan sonra azaldılır? - AÇIQLAMA

Xəstəlik səbəbindən pensiyaya çıxan vətəndaşlar 65 yaşdan sonra pensiyalarına əlavələrin edilmədiyindən şikayətlənirlər. Sosial şəbəkələrdə yayılan məlumatlarda iddia olunur ki,  65 yaşdan sonra pensiya üçün müraciət edənlərin pensiyasında nəinki artım olmur, hətta avtomatik balansdan çıxılmalar olur. 

 

Məsələyə aydınlıq gətirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Pravda.az-a açıqlamasında deyib ki, pensiyaların qanunvericiliklə 3 növü təsbit olunub: 

Vüqar Bayramov: “SSRİ dövründə inşa edilən binalarda “JEK”lər praktik  olaraq aktivdirlər” Pravda.az

“Onlardan biri yaşa görə pensiyadır. Vətəndaşın pensiya yaşı tamam olan zaman məhz əmək pensiyası almaq hüququ yaranır. Digəri əlilliyə görə verilən əmək pensiyasıdır. Xüsusən əlilliyi olan vətəndaşlarımız əmək fəaliyyətinə görə pensiya ilə təmin edilirlər. Digəri isə ailə başçısını itirməyə görə verilən əmək pensiyasıdır. Son artımlar da məhz hər 3 pensiya növünü əhatə edir. Vətəndaş 65 yaşı tamam olan zaman yaşa görə əmək pensiyası almaq hüququna malik olurlar. Əgər vətəndaş yaşa görə əmək pensiyası almaq hüququ qazanırsa, yığımı çoxdursa, yığım ona daha çox pensiya almaq hüququ verirsə, bu halda vətəndaş yaşa görə əmək pensiyasını istifadə edə bilər. Yaşa görə əmək pensiyası daha yüksək məbləğdə təyin oluna bilinirsə, təbii ki, bu, artıq vətəndaşın seçimidir. Yəni bu seçimi edərək yaşa görə əmək pensiyasından istifadə etmək hüququna malikdir. Bir sözlə, əillliyi olan vətəndaşlarımız əmək qabiliyyətini dayandırırsa, davam etdirə bilmirsə, 65 yaşı tamam olan zaman onların yığımları daha yüksək əmək pensiyası almağa imkan verirsə, bu imkandan faydalana bilirlər”. 

 

Aytəkin Qardaşova 

Tarix: 6 Fevral 2024, 14:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin