BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan Həmidli: "Növbədənkənar Prezident seçkilərinə görə narahat olan yeganə partiya AXCP-dir"

Dünya praktikasında belədir ki, adətən iqtidarın erkən seçkiyə getməsi müxalifətin təzyiqi altında baş verir. Yəni müxalifət əksər ölkələrdə növbədənkənar seçkilərin keçirilməsində maraqlı olur. Bu da təbiidir, çünki müxalifətin hakimiyyətə gəlmək şansı bir qədər də tezləşir. Partiyaların bəziləri seçkilərdə iştirak edir, bəziləri isə mövqeyini bəlli edib. Bura qədər hər şey normaldır. Digər partiyalardan fərqli olaraq narahat olan yeganə partiya AXCP-dir. 

 

Pravda.az xəbər verir ki, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.

 

AXCP niyə bu qədər narahatdır? Əli Kərimlinin narahat olmasına səbəbləri açığı çoxdur. Müxalifətdə olduğu illər ərzində bir daha İlham Əliyevin prezidentliyi qazanmasının şahidi olacaq. Hər kəsə məlumdur ki, hazırda ölkə başçısına rəqib olacaq şəxs yoxdur. Əli Kərimli də bunu yaxşı bilir. Özü də bilir ki, onu dəstəkləyən yoxdur. Ölkə başçısı son illər dövlətimizin irəliləməsində, inkşafında və abadlaşdırılmasında böyük işlər görüb. Ən əsası olan işğal altında olan torpaqlarımızı geri qaytardı və qaçqın düşmüş vətəndaşlarımızın evlərinə qayıtması üçün onlara əlverişli şərait yaradır. Mən tam əminəm seçkilərdə yenidən cənab prezident İlham Əliyev seçiləcək. Və bundan sonra dövlətimiz daha da inkşaf edəcək", - A.Həmidli qeyd edib.

Tarix: 6 Fevral 2024, 19:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin