BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Növbədənkənar Prezident seçkilərinin nəticələrini indidən demək çox çətindir"

"Azərbaycanda növbədənkənar prezident seçkiləri şəffaf, demokratik, insanların yüksək əhval- ruhiyyəsi şəraitində keçirilir. Bunu xarici ölkə müşahidəçiləri də, yerli müşahidəçilər də, vətəndaşlar da verdikləri müsahibələrdə təsdiq edirlər".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

"Seçkinin belə demokratik keçirilməsi Azərbaycanın imici və gələcəyi, beynəlxalq aləmdəki nüfuzu üçün çox vacibdir. Çünki Azərbaycan xalqı bir daha göstərdi ki, seçməyi bacarır. Demokratik seçkilərə önəm verir və özünün layiqli vətəndaşını seçir. Sözsüz ki, seçkinin nəticələri kimin qalib olduğunu göstərəcək. Bunu indi demək çox çətindir. Amma elə bilirəm ki, bu seçki Azərbaycan tarixinə demokratik, yeni reallıqlar əsasında baş tutan yeni dövr seçki kimi daxil olacaq. Azərbaycan xalqına başucalığı gətirəcək. Necə ki erməni faşizmi üzərində qələbə çaldıq, indi də mənfur demokratların söylədikləri fikirləri tamamilə inkar etdik. Yeni tarixin əsasını qoyduq. Allah Azərbaycan xalqını qorusun, seçimimiz uğurlu olsun".

 

Aytəkin Qardaşova 

Tarix: 7 Fevral 2024, 17:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin