“Mübariz Mənsimov yalnız bir bölgənin deyil, bütün Azərbaycanın qürur duyduğu insandır. Mən də onunla dostluğumdan, onun dünyada Azərbaycan və Türk düşüncəsi naminə gördüyü işlərdən qürur duyuram.”
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanda məşhur televiziya layihələrinin aparıcısı Kamran Həsənli bildirib.
O deyib ki, Azərbaycanın varlı insanlar ənənəsi çox qısadır. “Sovet imperiyası Azərbaycanı işğal edəndən sonra bizim varlı insanlarımızın, yəni millətə əl tutan, millətin təhsilinə, onların yaşayışına kömək edən insanlarımızın arası kəsildi. Üstündən 90 ilə qədər vaxt keçəndən sonra Azərbaycan yenə düşüncəli, intellektual insan əldə etdi. Əslində, insan olmaq böyük bir intellekt və istedad tələb edir ki, bunlar da Mübarizdə var.”
Kamran Həsənli bildirib ki, Mübariz Mənsimov Azərbaycanın çox sadə bir ailəsindəndir və onun ata-babası da sadə insanlardı. “Onun anası – qəhrəman anadır. Bu, çoxuşaqlı ailədir. Mübariz öz biliyi ilə, öz savadı ilə, öz düşüncəsi ilə, öz əqidəsi ilə və öz iradəsi ilə dost-qardaş Türkiyədə iş qurmuş azərbaycanlıdır. Üstəlik, Mübarizin həbsi Azərbaycanla Türkiyənin arasını vurmaq istəyən bəzi qruplar üçün bir fürsətə çevrilib. Mən belə insanlara səslənirəm və deyirəm ki, belə hallara yol verməyin. Bu işdə nə Türkiyə dövlətinin, nə Azərbaycan dövlətinin əli var.”
Mübariz Mənsimova qarşı irəli sürülən ittihamları uydurma adlandıran Kamran Həsənli vurğulayıb ki, “fetöçu” ittihamı keçmiş sovet dövründə Stalinin ortaya atdığı “trotskiçi” ittihamı eyni mahiyyət kəsb edir.
“Vəkillər başqa ittihamlara cavab verə bilər, faktlar və əks-arqumentlər irəli sürə bilərlər. Amma sənə “trotskiçi” deyəndə, “fetöçu” deyəndə buna necə cavab verəcəksən? Bu, bir şəryaxmaya bənzər bir şeydir. Vaxti ilə insanlara “trotskiçi” damğası vururdular, halbuki Trotskinin o insanlardan heç xəbəri yox idi, onları heç tanımırdı.”
Mübariz Mənsimovun Fətullah Gülənlə tanışlığının olması iddiasını böyük sual altında qoyan teleaparıcı daha sonra bunları deyib: “Yaşlı bir adamdır (Fətullah Gülən – red.). Yəqin, onu heç tanımır da. Amma onunla münasibətə qalarsa, hansısa bir telefon danışığına qalarsa, məncə Türkiyənin bütün siyasi isteblişmentinin o adamla tanışlığı da var, iş birlikləri də olub, birlikdə şəkilləri də var, videoları da var. Ona görə bu, ittiham ola bilməz. Bu ittiham çox çətin ittihamdır. Sən necə sübut edə bilərsən ki, mən “fetöçu” deyiləm? Ümumiyyətlə, “fetöçu” nədir, nə ittihamdır? “FETÖ” Trotskinin prototipidir. Üstəlik, Türkiyənin bir çox önəmli insanlarına, hətta qatil Öcalanı Keniyadan Türkiyəyə gətirən generala da bu ittiham verilmişdi. Amma sonda biz Türkiyə ədalətinə inanırıq, çünki həmin o adamlar, həmin o hərbçilər, həmin o jurnalitlər, siyasilər bəraət qazandı. Düzdü, həyatlarının önəmli hissəsi zindanda keçdi və bunun əvəzini kimin ödəyəcəyi də hələ məlum deyil. Mübariz qardaşımızın da həyatının çox önəmli bir dövrüdür. Həbsxanada keçir bu dövr. Bu bizə çox böyük ağrı verir. Biz istərdik ki, yalnız advokatlar yox, ədaləti sevən bütün insanlar bu işdə bizimlə birlikdə Mübariz uğrunda mübarizə aparsınlar.”SAMMTV
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
21 Oktyabr 17:36
21 Oktyabr 17:31
Ən son xəbərləri səhifəmizdən də izləyin