BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışına yarım milyonluq dələduzluq edən şəxslə bağlı qərar açıqlandı

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Kürdəmir rayon sakini, 1955-ci il təvəllüdlü Abbasqulu Nəsibovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, tanışına qarşı 210 min dollarlıq dələduzluqda A.Nəsibov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham olunub. Məhkəmədə A.Nəsibov özünü təqsirli bilmədiyini deyib. O, xaricdən müxtəlif malların və avtomobillərin idxalı ilə məşğul olan iş adamı Adil Babayevdən faizlə 260 min dollar borc aldığını və 11 ay ərzində ona 273 min dollar qaytardığını deyib.
 

Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Adil Babayev Abbasqulu ilə yanaşı Bəhruzun da onu aldatdığını bildirib və məsuliyyətə cəlb edilərək ağır cəzalandırılmasını istəyib.
 

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses bir neçə gün əvvəl başa çatıb. 68 yaşlı A.Nəsibova 7 il 6 ay həbs cəzası verilib. Həmçinin ona qarşı irəli sürülən 442 min manatlıq mülki iddia təmin edilib.

 

Kamal Məmmədov

 

Tarix: 8 Fevral 2024, 09:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin