BURADA REKLAMINIZ OLA
BİLƏR

Borc pula görə kişini aldadıb “razboy” edən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ömər Saydiyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Pirallahı Rayon Məhkəməsinin hökmü ilə Ömər Saydiyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
 

İttihama görə, 2000-ci il təvəllüdlü Ö.Saydiyevin tanışı M.Qarayev bildirib ki, V.Rəcəbovun ona vəd verdiyi borc pulu vermir və ondan qaçır. Ö.Saydiyev A.Həsənovanı aldadıb ondan V.Rəcəbovu usta kimi yaşadığı ünvana çağırmasını xahiş edib. Zərərçəkmiş həmin mənzilə gəldikdən sonra törədəcəyi cinayət əməllərinə zəruri şərait yaratmaq, sonuncunun mənzildən qaçmasının qarşısını almaq məqsədilə evin giriş qapısını bağlayıb. O, V.Rəcəbovun hərəkət etmək, mənzildən öz iradəsi ilə çıxmaq imkanlarını məhdudlaşdırmaqla onu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edib, ardınca müxtəlif cinayətkar fəaliyyəti ilə seçilən bir neçə şəxsin adını çəkib. Daha sonra Ömər onların vasitəsilə onun şəxsiyyəti üzərində zor tətbiq etməklə hədələyib, guya V.Rəcəbovun ona 3000 manat borclu olmasını boynuna qoyub bu barədə videonu öz telefonu ilə qadına çəkdirib.
 

Beləliklə, Ömər R.Rəcəbovdan 3000 manat pulu hədə-qorxu ilə tələb edib.

 

Kamal Məmmədov

Tarix: 8 Fevral 2024, 09:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin