BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardım etməsi ilə gündəmə gələn Sərvər Bəşirli nə işlə məşğuldur? - AÇIQLAMA

Türkiyədə 2023-cü ilin 6 fevral tarixində baş vermiş dağıdıcı zəlzələdən sonra köhnə avtomobilinə yüklədiyi əşyalarla  köməyə tələsən və fotosuna görə məşhurlaşan Sərvər Bəşirli uzun müddət sonra açıqlama verib. 

 

Pravda.az-a danışan S.Bəşirli deyib ki, maddi yaşayışı barədə heç bir çətinliyi yoxdur: “Allaha şükür, işləyirəm. Bakıda türk iş adamı Hüseyn Böyükfıratın yanında sürücü kimi çalışıram. Həmin fotodakı maşınım da özümlədir, dəyişməmişəm. Türkiyəli jurnalistlər Bakıya gələndə zəng edirlər, çəkiliş aparırlar. Yəni maraqlananlar olur”. 

 

O, növbədənkənar prezident seçkilərinin nəticələrindən də danışıb: “Əlbəttə ki, Prezident cənab İlham Əliyev olmalıdır. Başqa seçimimiz yoxdur. Hazırda tək real Prezident var, o da Ali Baş Komandanımız cənab İlham Əliyevdir”. 

 

S.Bəşirli prezidentliyə namizədlik irəli sürən digər 5 nəfəri o qədər də tanımadığını deyib: “Heç bəzilərini tanımırdım. Adlarını eşitməmişəm. Fuad Əliyevin, Elşad Musayevin adlarını eşitmişəm, amma tanımıram...” 

 

Aytəkin Qardaşova 

Tarix: 8 Fevral 2024, 13:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin