BURADA REKLAMINIZ OLA
BİLƏR

Bərdədə qadın səsvermə günü məntəqəyə tort gətirib: "Biz Prezidentimizi çoxdan seçmişik" - VİDEO

7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkiləri zamanı Bərdə rayonundakı seçki məntəqələrinin birində maraqlı məqam yaşanıb. 

 

Pravda.az xəbər verir ki, Laçından olan keçmiş məcburi köçkün Yasəmən Ənvər qızı İsmayılova əlində tortla seçki məntəqəsinə gələrək sevincini belə ifadə edib: “Bizim Prezidentimiz canlara dəyən oğuldur. İlham Əliyev çox sağ olsun, bu sevinci bizə yaşatdı, torpaqlarımızı işğaldan azad etdi”. 

 

Seçicilər və seçki məntəqəsinin üzvləri tərəfindən xoş qarşılanan  Y.İsmayılova məntəqə üzvlərinə müraciət edərək belə deyib: “Kağız-kuğuzunuzu tələf etməyin, biz Prezidenti çoxdan ömürlük seçmişik”. 

 

Aytəkin Qardaşova 

 

Tarix: 8 Fevral 2024, 15:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin