BURADA REKLAMINIZ OLA
BİLƏR

Toylara sentyabradək qadağa qoyulub? – RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə bu ilin sentyabr ayınadək toyların keçirilməsinə qadağa qoyulduğu haqda məlumatlar yayılıb və dünəndən  sözügedən mövzu müzakirələrə səbəb olub.

 

Pravda.az-ın xəbərinə görə, toylarla bağlı məsələyə Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən açıqladığı qaydalarda toxunulub. Belə ki, mayın 18-dən bir çox sahələrdə yumşalmalar olsa da, toy məclislərinin təşkilinə qoyulan qadağa hələ də qüvvədədir.

 

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, qurumun İdarə Heyətinin sədri Ramin Bayramlının adından toyların sentyabr ayınadək qadağan olunması barədə yayılan məlumat yalandır: "Ramin Bayramlı belə bir açıqlama verməyib". Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi mayın 31-dək uzadılıb.Qafqazinfo

Tarix: 16 May 2020, 11:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin