BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə mağazaya gedən şəxsi bıçaqlayan idmançı ilə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Vəli Süleymanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 
İttihama görə, hadisə 11 noyabr 2022-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Xətai rayonu, məhəllə 29/44 ünvanın yaxınlığında qeydə alınıb.

 

Belə ki, 1989-cu il təvəllüdlü Vəli Süleymanov alış-veriş üçün evdən çıxıb mağazaya gedən 1980-ci il təvəllüdlü Mirzəyev Mehman Namət oğlu ilə aralarında mübahisə yarınıb. Bu zaman o, bıçaqla zərərçəkmiş şəxsin bədən nahiyəsindən vuraraq, ona xəsarət yetirib. Evə yaralı vəziyyətdə qaydan Mehman Mirzəyev yaxınlarının köməyi ilə xəstəxanaya aparılıb və onun həyatını xilas etmək mümkün olub.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Vəli Süleymanovun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilərək dərhal məhkəmə iclası zalında həbs olunub. 

 

Hökmdən narazı qalan məhkum və müdafiəçisi apellyasiya şikayəti verib. Şikayətdə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti hökm) maddəsinin tətbiq edilməsini xahiş olunub. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, Vəli Süleymanov zərərçəkmiş şəxslə barışıb. O, ilk dəfədir ki, cinayət törədib. Əməlindən səmimi olaraq peşmandır. Qeyd edilib ki, Vəli Süleymanov peşəkar idmanla (cüdo) ilə məşğuldur. Müxtəlif yarışlarda iştirak edib və nailiyyətlər qazanıb. Həbs edildiyi günə qədər Azərbaycanın mötəbər yarışlarında iştirak etməsi üçün davamlı məşqlər edib. Əvvəllər hər hansı bir inzibati və ya cinayət məsuliyyətinə məruz qalmayıb, məhkum olunmayıb. Hadisə ehtiyatsızlıq zəminində baş verib.

 

Kamal Məmmədov

 

Tarix: 9 Fevral 2024, 08:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin