İctimai və dövlət maraqlarının qorunmasında müstəsna rolu olan, həmrəyliyi möhkəmləndirən faktorlardan biri də milli həmrəylik və siyasi birlikdir. Xarici və daxili meydanda həyata keçirilən siyasətdən asılı olan ictimai və dövlət maraqlarının müdafiəsi hökumət, eyni zamanda respublikada fərqli cinahlarda fəaliyyət göstərən siyasi institutların, təşkilatların əsas qayğısı kimi qəbul edilməlidir. Azərbaycan xalqı ictimai və dövlət maraqlarındakı həmrəyliyin ən bariz nümunəsini 7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkilərində fəal iştirakı ilə sübut etdi.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib ki, ictimai maraqlar və dövlət maraqları arasında qarşılıqlı əlaqə mövcuddur və bir-birini tamamlayır:

“İctimai maraqlar ilk növbədə dövlət maraqlarını nəzərə alır. Dövlət maraqlarının təminatı prosesində isə ictimai maraqlar hər zaman diqqət mərkəzində saxlanılır. Burada qarşılıqlı asılılıq mövcuddur. Hakimiyyətin mənbəyi olan xalq həmişə dövlət maraqlarının qorunması məsələsini gündəmə gətirir. Dövlətçiliyin əsasları və prinsipləri bunu şərtləndirən əsas amillərdir. Ölkəmizdə keçirilən növbədənkənar prezident seçkiləri və onun nəticələri bu qənaətə gəlməyə əsas verir ki, ictimai maraqlar və dövlət maraqları çox harmonik şəkildə öz ifadəsini tapıb. Bunun nəticəsidir ki, Azərbaycan xalqı öz seçimini etdi. Xalqın gözü tərəzidir. Xalq elə bir şəxsiyyətə səs verib ki, ona qarşı vəfa borcu var. Elə bir şəxsiyyətə səs verib ki, o, Azərbaycan torpaqları üzərində suverenliyimizi tam və qəti şəkildə təmin edib, tarixi Zəfərə imza atıb və tarixi ədaləti bərpa edib. Buna görə də Azərbaycanda keçirilən prezident seçkilərinin qalibinin məhz cənab İlham Əliyev olması labüd idi. Bu, Bu, ictimai sifariş idi və gözlənilən idi, ictimai maraqlar bunu tələb edirdi. Belə bir tarixi şəxsiyyətin növbəti dəfə Prezident seçilməsi dövlət maraqlarımızın həyata keçirilməsi üçün də yeni imkanlar pəncərəsi açmış olur. Nəzərə alsaq ki, bu gün qarşımızda çox ciddi məsələlər dayanır. İşğaldan azad edilmiş torpaqlarımızın bərpası və yenidən qurulması prosesinin birinci mərhələsi 2026-cı ildə başa çatacaq. Bu məqsəd üçün ölkə büdcəsindən 30,5 milyard manat vəsait ayrılıb. 140 min soydaşımızın köçürülməsi planlaşdırılıb. Bu və digər eyni qəbildən olan strateji əhəmiyyətli məsələlərin həlli ictimai maraqlarımızdan və dövlət maraqlarımızdan irəli gəlir. Seçkilərdə qazanılmış tarixi qələbə nəticə etibarilə bu strateji məsələlərin həyata keçirilməsi üçün də unikal imkanlar açmış olur. Bununla da həm ictimai, həm də dövlət maraqlarının yüksək səviyyədə təminatı baş tutmuş olur”.
Siyasi şərhçi Abutalıb Səmədov da deyib ki, ictimai və dövlət maraqlarını bir-birindən ayırmaq qeyri-mümkündür:

“Bu maraqlar bir-birinə sıx bağlıdır. İctimai maraqların qorunması eyni zamanda dövlət maraqlarının qorunması deməkdir. Dövlət maraqlarının qorunması həm də ictimai maraqların qorunmasını əhatə edir. Təbiidir ki, bu baxımdan bizim həm ictimai, həm dövlət marağımızı təşkil edən ən böyük məsələ ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması məsələsi idi. Bu, çox böyük uğurla həyata keçirilib. Azərbaycan çox böyük qələbə qazandı. Bundan sonra digər problemlərə müdaxilə etmək, onlarla məşğul olmaq daha asan olar. Elə prezident seçkilərinin də məhz fevralın 7-nə təyin edilməsi bir dövrə yekun vurmaq məqsədi daşıyırdı. Artıq Azərbaycan tarixinin yeni dövrü başlayır. Burada əsas problem islahatların daha da dərinləşməsi, hər bir fərdin, vətəndaşın hüquqlarının daha yüksək səviyyədə qorunmasının təmin olunmasıdır. Bizə çox ciddi şəkildə maneə olan ərazi bütövlüyü və suverenlik problemimiz daha yoxdur. Erməni separatizminə son qoyulub. Digər mürəkkəb məsələlərlə daha geniş miqyasda məşğul olmaq üçün hər cür imkan var. Şübhə etmirəm ki, 7 fevral növbədənkənar prezident seçkilərindən sonra çox ciddi addımların şahidi olacağıq. Dövlət və ictimai maraqların təmin olunması sahəsində daha mühüm addımlar atılacaq”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

24 Oktyabr 09:48
24 Oktyabr 09:39
24 Oktyabr 09:37
24 Oktyabr 09:33
24 Oktyabr 09:31
24 Oktyabr 09:27
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
Ən son xəbərləri səhifəmizdən də izləyin