BURADA REKLAMINIZ OLA
BİLƏR

Habil Vəliyev bu vəzifədən kənarlaşdırıldı

Bir müddət əvvəl barəsində həbs qətimkan tədbiri seçilən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev 125 saylı Zəngilan-Qubadlı Dairə Seçki Komissiyasının 5 saylı Seçki Məntəqəsinin sədri vəzifəsindən çıxarılıb.

 

Pravda.az-ın xəbərinə görə, həmin vəzifəyə Halay Həsənov sədr seçilib.

 

H.Vəliyev isə məntəqədə üzv kimi qalmaqdadır.

 

Qeyd: Baş redaktor bir neçə nəfəri şantaj etməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə H.Vəliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Xəyal Quliyev

Tarix: 12 Fevral 2024, 08:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin