BURADA REKLAMINIZ OLA
BİLƏR

İntihar işində rüşvət alan müstəntiqdən xəbər var

Bakıda külli miqdarda rüşvət almaqda ittiham olunan Qaradağ Rayon Prokurorluğunun sabiq müstəntiqi Emin Seyidovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses fevralın 13-nə təyin edilib.

 

Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Seyidova münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib. Təqsirləndirilən şəxs sınaq müddəti seçilməklə azadlıqda qalıb. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
 

Qeyd: Emin Seyidov intihara cəhd hadisəsində rüşvət tələb etməkdə təqsirləndirilir. 2021-ci ildə özünə xəsarət yetirən Gülşad Mirzəyeva Qaradağ Rayon Prokurorluğunda ifadəsində üç nəfərdən şikayətçi olub. Mirzəyeva sözügedən üç nəfərin onu intihar həddinə çatdırdığını iddia edib. Sözügedən iş prokurorluğun müstəntiqi Seyidovun icraatında olub. İttihama görə, Emin Seyidov işlə bağlı Elçin Nağdəliyev, Emin Oruczadə və Sərxan Quliyev adlı həmin üç nəfərdən 30 min manat pul tələb edib. Əks halda, CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacaqlarını deyib. Danışıqlardan sonra məbləğ 10 min manata düşüb. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 12 Fevral 2024, 10:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin