BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda referendum keçiriləcək? - "İslahatların əhatə dairəsi geniş olacaq"

"7 fevralda keçirilmiş növbədənkənar prezident seçkilərindən sonra yeni dövr başlandı. Buna görə də ölkədə islahatların aparılması qaçılmazdır. Hesab edirəm ki, həyata keçiriləcək islahatların əhatə dairəsi geniş olacaq".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

"Dövlət başçımız ölkəmizin inkişafı və güclənməsi ilə bağlı hansı sahələrdə islahatların aparılmasını vacib olduğunu hesab etsə, o istiqamətdə də dəyişiklikləri görəcəyik. O cümlədən referendumun keçirilməsi də dövlət başçımızın müstəsna səlahiyyətində olan məsələdir. Dövlət başçısı bu məsələni vacib hesab edərək qərar verərsə,  hamı da məlumatlanacaq", - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 12 Fevral 2024, 11:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin