BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə naziri xəstəxanaya yerləşdirildi

ABŞ müdafiə naziri Lloyd Ostin kritik terapiya bölməsinə yerləşdirilib.

 

Bu barədə onun həkimlərinin Pentaqonun saytında paylaşılmış bəyanatında bildirilib.

 

Qeyd olunub ki, gecə aparılmış bir sıra analizlərdən və qiymətləndirmələrdən sonra nazir yaxından monitorinq və dəstəkləyici terapiya üçün Volter Rid Milli Hərbi Tibbi Mərkəzin krtik terapiya bölməsinə yerləşdirilib.

 

“Hazırda nazir Ostinin nə qədər xəstəxanada qalacağı məlum deyil”, - bəyanatda bildirilib.

 

Nazirə xərçəng proqnozu qoyulduğu qeyd olunub.

 

APA

Tarix: 12 Fevral 2024, 12:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin