BURADA REKLAMINIZ OLA
BİLƏR

Xalq seçmini doğru edib, "dəmir yumruğu", birliyi, həmrəyliyi qoruyub saxlamaq son dərəcə vacibdir

7 fevral tarixi Azərbaycan xalqını bir daha bütövləşdirdi, gücləndirdi. Növbədənkənar Prezident seçkilərinin nəticələrinin belə olacağına kimsə şübhə etmirdi. Çünki Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs xalqın maraqlarına cavab verir. Doğrusu, ölkədə seçki prosesində İlham Əliyevin məğlub ola biləcəyi şəxs yoxdur. Bu, mümkün də deyil. Torpaqları cəmi 44 günə işğaldan azad edən, böyük güclərlə savaşan, hər zaman qətiyyətli mövqe sərgiləyən, bir neçə saata separatçıların dizini yerə qoyan Qarabağ fatehi - İlham Əliyevə alternativ necə ola bilər ki? Sadə vətəndaş nə deyirdi: "Cənab Prezident, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova deyin, kağız-kuğuzu korlamasın, biz Prezidentimizi birdəfəlik seçmişik". Həqiqət budur!

 

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə  Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib »  Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

 

Son 3 ildə Prezident heç kəsin bacara bilməyəcəyi, hətta kiminsə ağlına gətirə  bilməyəcəyi prosesləri həyata keçirdi, mümkün olmayanı mümkün etdi. Prezident İlham Əliyev liderliyin bütün paramertlərinə cavab verir. Diqqət yetirdinizsə, bu seçkidə seçici fəallığı yüksək səviyyədə idi. Fəallıqla yanaşı, seçicilər məntəqələrə yüksək əhval-ruhiyyə gəlirdilər. Oynayan kim, şeir deyən kim, tort gətirən kim... Sosial şəbəkədə kifayət qədər videolar var. İlk dəfə səsvermə hüquqi olan şəxsdən tutmuş, yaşı 100-dən çox olanlaradək hər kəs bir nəfər kimi aktivlik nümayiş etdirdi. Bu, vəfa borcudur! Bəzi beynəlxalq təşkilatlar bunu niyə görmək istəmir? Səsvermə prosesi zamanı həmin beynəlxalq təşkilatlardan qidalananlar təxribat törətməyə cəhd etdilər, bu da təbiidir. Amma bu cür hallar ümumi prosesə təsir edəcək gücə malik olmadılar, ola da bilməzdilər. "Bir ovuc" "demokrat"ın əndişələnməsinə fikir vermək də lazım deyil. Məğlubiyyəti də normal şəkildə qəbul etmək lazımdır, daha kənardan çamur atmaq nəyə lazımdır. Arqumentlər də eynidir: Guya seçki qutusuna topa bülletenlər atılıb, bir nəfər bir neçə məntəqədə səs verib və s. Təbii ki, boş və mənasızdır. Axı bu qədər xalq sevgisi olan yerdə bu cür işlərə niyə ehtiyac olsun ki? Seçici fəallığı hər şeyə cavab idi. "Demokratlar" məğlubiyyətlərini başa düşüb, namizəd irəli sürmədilər, illərin məğlubiyyət təcürbəsi var axı. Amma müdaxiləsiz də dayana bilmədilər. Olsun, hər cəmiyyətdə belələri var, olacaq da. Artıq bunlar keçmişdə qaldı, Azərbaycanın tarixində yeni səhifə açılıb. Bu həm də mürəkkəb mərhələdən keçir. Qalib Prezident İlham Əliyevin rəhbərliyi ilə mövqeyimiz beynəlxalq səviyyədə daha da möhkəmləndiriləcək, Qarabağda quruculuq işləri, "Böyük qayıdış" sürətləndiriləcək. Üstəlik Zəngəzur dəhlizinin açılması, Qarabağdakı Rusiyanın sülhməramlı kontingentinin çıxarılması və s. qarşıda duran əsas məsələlərdəndir. Həyata keçirilən bu siyasətin məqsədi regiona sülh gətirməkdir, xalqların təhlükəsiz yaşamasıdır.

 

Seçkidə İlham Əliyevə qalib gələ biləcək rəqib kimdir? – Ona uduzmaq da  qələbə sayılır - GlobalInfo.az

 

Bunun fonunda kifayət qədər gərgin vəziyyəti nəzərə almalıyıq, böyük güclər arasında Cənubi Qafqaz uğrunda nüfuz savaşı gedir. Onlar yenə də tarixdə olduğu kimi ermənilərdən istifadə edirlər. Azərbaycana təzyiq edirlər ki, hazırki mövqeyindən geri çəkilsin. "Demokratiya" bəhanəsi ilə qarışıqlıq yaratmağa çalışırlar. Fransanın, Almaniyanın, elə Amerikanın hansısa ölkəyə sülh, əmin-amanlıq gətirdiyinə kimsə şahid olmayıb. Əksinə bəzi ölkələri əsarətlərində saxlayırlar. Bu niyyəti Cənubi Qafqazda gerçəkləşdirə bilməyəcəklər. Belə vəziyyətdə Azərbaycanı yalnız İlham Əliyev irəli apara bilər. Müdrik Azərbaycan xalqı seçmini doğru edib, "dəmir yumruğu", birliyi, həmrəyliyi qoruyub saxlamaq son dərəcə vacibdir. Bu yolda Prezident İlham Əliyevə və komandasına uğurlar arzulayırıq.

 

İlkin Pirəli

 

"Pravda.az" xəbər portalının baş redaktoru

Tarix: 12 Fevral 2024, 13:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin