BURADA REKLAMINIZ OLA
BİLƏR

Kənd təsərrüfatı təyinatlı ərazilərdə ev tikənlərin nəzərinə - VİDEO

Hazırda Bakı və Abşeron ərazisində 100 minlərlə fərdi yaşayış evi sənədsizdir. Hətta bəzi qeyri-rəsmi rəqəmlərə görə, bu ərazilərdə çıxarışı olmayan evlərin sayı 500 minə yaxındır. Xezerxeber.az-ın məlumatına görə, illərdir həmin fərdi yaşayış evləri və qeyri-yaşayış sahələri çıxarışla təmin edilmir.

 

Çıxarış verilməməsinin əsas səbəblərindən biri kimi isə həmin əmlakların kənd təsərrüfatı təyinatlı ərazilərdə tikilməsi göstərilir.

 

Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, fərdi evlərin yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın təyinatını tikintiyə dəyişdirmək çətin prosesdir. Buna görə də aidiyyəti dövlət qurumları bu məsələni özləri həll etməlidirlər. Çünki faktiki olaraq aidiyyəti qurumlar tərəfindən həmin ərazilər yaşayış məntəqələri kimi tanınır, bütün kommunikasiya xətləri çəkilib. 

 

Ekspert təklif edib ki, həmin qurumlar monitorinq apararaq, lazımi sənədləri toplayıb kütləvi şəkildə Nazirlər Kabinetinə təqdim etsinlər.

 

Onun sözlərinə görə, bu gün həmin yaşayış massivlərində faktiki kənd təsərrüfatı imkanları yoxa çıxıb. Maldarlıq, əkin-biçin işlərinin aparılması da mümkünsüzləşib.

 

Tarix: 13 Fevral 2024, 07:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin