BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını bıçaqlayan şəxsə AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıqda təqsirləndirilən Nihad Zamanovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 05 aprel 2023-ci il tarixdə, saat 20:30 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.


Belə ki, Nihad Zamanov hadisə günü tanışı, zərərçəkmiş Malik Quliyevlə (soyadı şərti) görüşüb münasibətlərinin pozulmasına aydınlıq gətirmələrini təklif edib. Zərərçəkmiş şəxs isə onunla söhbət etməkdən imtina edib. Bu zaman o, bunu bəhanə edərək, yerində dayanmış Malikin üzərinə qəflətən hücum edərək, bıçaqla Malikin döş qəfəsinə bir zərbə vurub.
 

Hadisədən sonra Nihad Zamanov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov 

Tarix: 13 Fevral 2024, 08:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin