BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə xaricə 80 min dollar çatdıracağı vədini verən şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən E.Alışovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, E.Alışov özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə özünü İran İslam Respublikasının vətəndaşı kimi, xarici ölkələrə külli miqdarda pul vəsaitini qısa zaman ərzində və maneəsiz çatdırılmasını təşkil edən biri kimi təqdim edib. O, 2021-ci ilin mart ayının ortalarında zərərçəkmiş T.Səmədovun həmin dövrün məzənnəsi ilə 136 000 manat təşkil edən 80 000 ABŞ dollarını istintaq orqanına məlum olmayan yollarla Rusiyanın Perm şəhərində yaşayan tanışına çatdıracağına yalandan vəd verib. Daha sonra təqsirləndirilən şəxs həmin pulu dələduzluq yolu ilə ələ keçirib. 

 

İstintaq dövründə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.

 

Kamal Məmmədov

 

Tarix: 13 Fevral 2024, 08:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin