BURADA REKLAMINIZ OLA
BİLƏR

Ali Məhkəmə piyadanı vurub qaçan sürücüyə ağır cəza verdi

Ali Məhkəmədə avtomobillə qəza törədərək hadisə yerindən qaçmaqda təqsirləndirilən Yusif Qənbərovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Qeyd: Hadisə 24 mart 2022-ci il tarixdə, saat 13:30 radələrində Sabirabad rayonu Qalaqayın kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, Sabirabad rayonunun Kürkənd kənd sakini, 1993-cü il təvəllüdlü Qənbərov Yusif Əhmədağa oğlunun idarə etdiyi “Khazar LX” markalı avtomobil Sabirabad sakini, 1994-cü il təvəllüdlü Həşimov Fərid Mirasim oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə toqquşub. Qəza zamanı “Khazar LX” markalı avtomobil yol kənarında dayanan rayon sakini, 2007-ci il təvəllüdlü Mehtiyev Əvəz Yaşar oğluna dəyib. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qəzadan sonra Yusif Qənbərov hadisə yerindən qaçıb.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi Yusif Qənbərovun şikayətini təmin etməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

 

Kamal Məmmədov

 

Tarix: 13 Fevral 2024, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin