BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputata məxsus olduğu bildirilən şirkətə protokol tərtib edildi

"Embawood" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.


 
İş Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin icraatındadır.

 

Qeyd: "Embawood" şirkətinin Milli Məclisin deputatı Məşhur Məmmədova məxsus olduğu bildirilir.

 

Xəyal Quliyev

Tarix: 13 Fevral 2024, 09:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin