BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə həmyerlisini stulla döyən keçmiş məhkumla bağlı qərar verdi

Ali Məhkəmədə Balakəndə həmyerlisinə xəsarət yetirməkdə təqsirləndirilən İntiqam Məmmədovun (soyadı şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi İntiqam Məmmədovun şikayətini təmin etməyib.

 
Qeyd: Hadisə 20 avqust 2022-ci il tarixdə saat 13 radələrində Balakən rayonunun Hənifə kəndində qeydə alınıb.
 

Belə ki, 1987-ci il təvəllüdlü İntiqam Məmmədov mübahisə zəminində həmyerlisi Novruz Quliyevin (soyadı şərti) baş və kürək nahiyələrinə üç ədəd taxta stulu qəsdən ardıcıl vuraraq ona xəsarət yetirib.
 

Onun barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.
 

Xatırlatma: İntiqam Məmmədov daha əvvəllər məhkumluq həyatı yaşayıb.

 

Kamal Məmmədov

 

 

 

 

 

 

Tarix: 13 Fevral 2024, 09:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin