BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri: "Ali rəhbər ölkədə “ağ inqilabın” təməlini qoyacaq"

Ölkə konstitusiyası Prezidentə Birinci vitse-prezident təyin etməklə yanaşı, vitse-prezidentlər də təyin etməyə səlahiyyət verir. İnanmaq istərdim ki, irəliyən dövrdə ali rəhbər bu hüququndan istifadə edərək ölkədə “ağ inqilabın” və ya yeni idarəetmə modelli islahatların təməlini qoyacaq.

 

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu bildirib.

 

GAP sədri hesab edir ki, son prezident seçkiləri Azərbaycanda yeni, eyni zamanda böyük dəyişiklərin təməlini qoyacaq: "Post müharibə dövrü və bundan qaynaqlanan böyük dəyişikliklər zəmanənin tələbinə çevrilib. Prezident Əliyevin seçki öncəsi yerli televiziya kanallarına verdiyi müsahibə də bu böyük dəyişikliklərin anonsu idi. Düşünürəm ki, ölkəyə yeni idarəetmə modeli gələcək. Hansı ki, qüdrətli Azərbaycanı bir qədər də zirvələrə aparacaq və yeni, müasir siyasi konfiqurasiyanın təməli olacaq. Yaşasın bütöv və qüdrətli Azərbaycan! Bu yolda hər kəsə uğurlar diləyirəm…"

Tarix: 13 Fevral 2024, 10:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin