BURADA REKLAMINIZ OLA
BİLƏR

"Sevgililər günü"nə olan hava proqnozu açıqlandı

Sabah, fevralın 14-də Azərbaycanda hava şəraiti əsasən yağmursuz olacaq.

 

Pravda.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam qərb rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.

Tarix: 13 Fevral 2024, 12:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin