BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bravo"nun qida təhlükəsizliyi qeydiyyatı ləğv edilməyib - AÇIQLAMA

"Bravo" marketlər şəbəkəsi "AQTA “Bravo”nun qida təhlükəsizliyi qeydiyyatını ləğv etdi" başlıq xəbərə reaksiya verib.

 

Şəbəkənin ictimaiyyətlə əlaqələr şöbəsindən Pravda.az-a verilən məlumatda bildirilib: ""AQTA “Bravo”nun qida təhlükəsizliyi qeydiyyatını ləğv etdi" başlıq yazı həqiqəti əks etdirmir. Belə ki, BRAVO marketlər şəbəkəsinin Şuşada yerləşən filialı üçün keçərli olan ilk reyestr çıxarışı 2021-ci ildə Bakı Regional Bölməsindən alınıb və hal-hazırda qüvvədədir. AQTA-nın rəsmi saytında bu məlumatı yoxlamaq mümkündür (foto aşağıda). Bakı Regional bölməsindən alınan AQTA çıxarışı qüvvədə qaldığı üçün, 2023-cü ildə Qarabağ Regional Bölməsindən alınan ikinci reyster çıxarışı şirkətimizin müraciəti əsasında qüvvədən düşüb. Əlavə olaraq qeyd edək ki, BRAVO marketlər şəbəkəsinin AQTA ilə sıx əməkdaşlığı şəffaf və doğruluq prinsipləri üzərində qurulub. Marketlərin iş prinsipi AQTA qaydalarına tam cavab verir və bu formada da davam edəcək”.

Fotoları təqdim edirik
Tarix: 13 Fevral 2024, 13:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin