BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni təxribatlar baş verəcəksə, layiqli cavablarını alacaqlar - AÇIQLAMA

“Rəsmi Bakı dəfələrlə Ermənistan tərəfə mövqeyini bildirib. Cənab Prezident daim söyləyib ki, artıq bölgəyə dayanıqlı və davamlı sülh gəlməlidir. Bu sülhün əldə olunması üçün Azərbaycan vacib addımları da atır. Təəssüf ki, Ermənistan 100 illər əvvəl olduğu kimi, indi də müstəqil siyasət həyata keçirə bilmir, sadəcə, havadarlarının dəstəyi ilə onların tapşırıqlarını yerinə yetirir. Ermənistan və onun arxasında duran Fransa, ABŞ, Avropa İttifaqı və digər məkirli qüvvələr Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmaması üçün səy göstərdilər. 12 fevral tarixində törədilən növbəti təxribat da bunun tərkib hissələrindən biridir. Azərbaycan tərəfi "Qisas əməliyyatı"nı həyata keçirməklə bir daha göstərdi ki, bizimlə belə təxribatlar törətmək olmaz. Lazımi, qəti cavabınızı alacaqsınız!” 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib. 

Deputat vurğulayıb ki, rəsmi Bakı qətiyyətini bir daha ortaya qoyub: “Ermənistan Baş nazirinin komandası sülhdən danışsa da, indiyə qədər real addımlar atmayıb. Azərbaycan torpaqlarının tam - 100% suverenliyini bərpa etdikdən sonra bəzi qüvvələr əl-ayağa düşərək öz emissarlarını Ermənistana göndərdilər. Bütün bu təxribatçı qrupları, kəşfiyyatçıları tez-tez əllərində binokl şərti sərhədə göndərməklə artıq yeni təxribatların bünövrəsini qoymağa başladılar. Əslində, 5 aydır ki, sərhəddə sakitlikdir. İndiyə qədər sülh qorunub-saxlanılıb. Heç bir təxribat  halı baş verməmişdi. Bu məkirli qüvvələr belə hadisələr törətməklə yenə də Ermənistanı maşa roluna gətirir, öz siyasətlərini həyata keçirməyə çalışırlar. Qarşılarında güclü,qüvvətli Azərbaycan Ordusu var. Hər hansı yeni təxribatlar baş verəcəksə, layiqli qətiyyətli cavablarını alacaqlar. Bütün bu məsuliyyəti Ermənistanın siyasi-hərbi rəhbərliyi daşıyır”. 

 

Aytəkin Qardaşova 

Tarix: 13 Fevral 2024, 14:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin