BURADA REKLAMINIZ OLA
BİLƏR

"Jermuk" suyunu içən şəxs öldü

Rusiyada "Jermuk" suyunu içən Vladiqafqaz sakini mədəsinin yanması səbəbindən ölüb.

 

Bu barədə Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri Sergey Menyailo bildirib. Məlumata əsasən, Ermənistan istehsalı "Jermuk" mineral suyu adı altında sirkə içdikdən sonra qida borusunun yanıq xəsarəti alan şəxs xəstəxanada dünyasını dəyişib.

 

Qeyd edək ki, Rospotrebnadzor da məlum insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki qurum təhlükəsizliyin yoxlanılması məqsədilə ölkə ərazisində "Jermuk” ticarət markasının bəzi su partiyalarının satışını dayandırıb.

 

APA

Tarix: 13 Fevral 2024, 18:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin