BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısının yaxın adamı adlandırılan bələdiyyə sədri ilə bağlı qərar ləğv edildi

Ali Məhkəmədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat zamanı saxlanılan Şabran rayon Pirəbədil bələdiyyəsinin sədri olmuş Nuriyev Cəmaləddin Müzəfəddin oğlunun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ev dustaqlığında olan Cəmaləddin Nuriyev məhkəmə zalında həbs olunub. Ali Məhkəmədə şikayətə baxılarkən onun kassasiya şikayətini geri götürdüyü elan edilib.
 

İttihama görə, Cəmaləddin Nuriyev 1 yanvar 2015-ci ildən 31 dekabr 2019-cu ilədək olan dövr ərzində Pirəbədil bələdiyyəsinə məxsus torpaq sahələrini reyestr qiymətlərinə əsasən,ümumilikdə 102 300 manat dəyərində 2,57 hektar torpaq sahəsini 17 084 manata 28 şəxsə satıb. Həmin vətəndaşlardan təxminən 17 nəfəri hərrac yolu ilə Şabran rayonu Pirəbədil bələdiyyəsindən torpaqlarını alıb. Qalan vətəndaşlar isə kəndin sakinləri olduqları üçün onlara torpaq alqı-satqı yolu ilə satılıb. Araşdırmalar zamanı torpaq sahələrinin dəyərindən qat-qat aşağı satıldığı məlum olub. Belə ki, Cəmaləddin Nuriyev 0,12 ha torpaq sahəsini 4 300 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda, 2017-ci il tarixli qərarla həmin torpaq sahəsini 1 000 manata satıb.

 
Qeyd: KİV-də Cəmaləddin Nuriyev Şabran İcra Hakimiyyətinin başçısı olan, hazırda Siyəzən Rayon İcra Hakimiyyətinə başçılıq edən Novruz Novruzovun yaxın adamı kimi təqdim olunub. Novruz Novruzov Siyəzənin icra başçısı vəzifəsinə təyin olunduqdan sonra Cəmaləddin Nuriyev rayonun hazırkı icra başçısı Asif Hüseynov haqqında bir sıra dövlət orqanlarına şikayət edərək bildirib ki, başçının göstərişi ilə adamları onu təhdid edib və bələdiyyə sədri vəzifəsindən istefasını tələb ediblər.

 

Kamal Məmmədov

 

Tarix: 14 Fevral 2024, 08:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin