BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı qadınları xaricə aparan şəxsə şərti cəza verildi

Gəncə Apellyasiya Məhkəməsində insan alverində təqsidləndirilən Y.Qəhrəmanovanın barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Hökmdən Cinayət Məcəlləsinin (CM) 62-ci maddəsinin tətbiq olunmasına dair müddəalar xaric edilib. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Y.Qəhrəmanovaya təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası CM-in 70-ci (şərti) maddəsinə əsasən 5 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilib.

 

Qeyd: Y.Qəhrəmanova Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İdarədə aparılan araşdırma zamanı məlum olub ki, o, 2016-2017-ci illərdə qadınları aldadaraq, həmçinin hədə-qorxu gələrək, cinsi istismar məqsədilə ölkədən kənara – Türkiyəyə çıxarıb. Zərərçəkənləri apardığı ölkədə onların pasportlarını əllərindən alaraq, qanunsuz hərəkətlər törədib.

 

Gəncə Ağır Cinayətlər məhkəməsinin hökmü ilə o, 2 il, 7 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.

 

Kamal Məmmədov

Tarix: 14 Fevral 2024, 08:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin