BURADA REKLAMINIZ OLA
BİLƏR

Mağazada fəhlə yoldaşını bıçaqlayan şəxs azadlığa buraxıldı

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Bəhruz Fərhadovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilib və o, dərhal məhkəmə iclas zalından azadlığa buraxılıb.

 

İttihama görə, hadisə 07 iyul 2023-cü il tarixdə, saat 09:45 radələrində Tərtər rayonu, Poladlı kəndi ərazisində yerləşən “№1 Ucuzluq” geyim mağazasında qeydə alınıb.

 

Belə ki, olaydan bir gün əvvəl mağazada fəhlə kimi çalışan 2001-ci il təvəllüdlü Bəhruz Fərhadovun həmkarı, zərərçəkmiş, 1999-cu il təvəllüdlü Bəxtiyar Səfərova (soyadı şərti) güldüyü üçün onların arasında mübahisə yaranıb. Bu zaman zərərçəkmiş mağazanın qarşısında təqsirləndirilən şəxsi yumruqla vuraraq üst dodağını partladıb. Sonra Bəxtiyar ondan üzr istəyib. Səhəri günü Bəhruz evdən işə gələrkən üzərində bıçaq gətirib. Təqsirləndirilən şəxs “№1 Ucuzluq” geyim mağazasında olarkən Bəxtiyarın döş qəfəsinə bir bıçaq zərbəsi endirərək ona xəsarət yetirib.

 

Hadisədən sonra Bəhruz Fərhadov cinayət məsuliyyətinə cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 14 Fevral 2024, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin