BURADA REKLAMINIZ OLA
BİLƏR

Maşını aşıraraq dostunun ölümünə səbəb olan “prava”sız sürücüyə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tərtərdə yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ceyhun Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Qeyd: Hadisə 14 avqust 2023-cü il tarixdə, saat 13 radələrində Tərtər rayonunun Seydimli kəndində qeydə alınıb.

 

Belə ki, 1988-ci il təvəllüdlü Ceyhun Həsənov sürücülük vəsiqəsi olmadan Samir Qafarova məxsus "Tofaş-Şahin" markalı avtomobili idarə edərkən idarəetməni itirib və qəza törədib. Nəticədə avtomobildəki sərnişin, 1990-cı il təvəllüdlü Sahil Muradov aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Ceyhun Həsənov isə müxtəlif dərəcələri bədən xəsarətləri alıb.

 

Hadisədən sonra Ceyhun Həsənov cinayət məsuliyyətinə cəlb edilib.

 

Xatırlatma: Təqsirləndirilən şəxslə mərhum Ceyhun Həsənov dost olub, hər ikisi birlikdə usta işləyib.

 

Kamal Məmmədov

Tarix: 14 Fevral 2024, 08:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin