BURADA REKLAMINIZ OLA
BİLƏR

Miqrantları daşıyan gəmi batıb, ölənlər var

Panama-Kolumbiya sərhədi yaxınlığında qayığın batması nəticəsində azı dörd nəfər ölüb, səkkiz nəfər itkin düşüb.

 

Bu barədə “Estrella de Panama” qəzeti məlumat yayıb.

 

Belə ki, bir qrup miqrant Karib dənizində batmış qayıqla Kolumbiyadan Panamaya keçməyə cəhd edib. Milli Sərhəd Mühafizəsi 14 nəfəri xilas edə bilib. Sağ qalanların sözlərinə görə, gəmi əlverişsiz hava şəraiti səbəbindən batıb. Axtarış-xilasetmə işləri davam edir.

 

Sərhəd Xidməti bildirib ki, akvatoriya cinayət təşkilatları tərəfindən qaçaqmalçılıq üçün istifadə olunur. Cərəyanlar və küləklərin yaratdığı güclü dalğalar səbəbindən bu marşrutda hərəkət etmək çətindir.

 

Report

Tarix: 15 Fevral 2024, 07:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin