BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəraət alan qardaşlarla bağlı qərar ləğv edildi

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Faiq Abdullazadə və onun qardaşı Fərid Abdullazadənin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 

Qərara əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qardaşların vəkili apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qardaşlar barəsində bəraət hökmü çıxarıb. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən həm kassasiya protesti, həm də kassasiya şikayəti verilib. Ali Məhkəmənin qərarına əsasən, həm protest, həm də şikayət təmin olunmayıb.
 

İttihama görə, iş üzrə zərərçəkmiş qismində tanınan Vüsalə Atayeva hüquq-mühafizə orqanlarına şikayətində bildirib ki, keçmiş həyat yoldaşı Faiq Abdullazadə qardaşı Fərid Abdullayev ilə əlbir olaraq onun etibarından sui-istifadə edib, müxtəlif vaxtlarda ümumilikdə 191 950 manat pulunu ələ keçirib.
 

Kamal Məmmədov

Tarix: 15 Fevral 2024, 08:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin