BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını qətlə yetirən makler yenidən məhkəmə qarşısında

Sumqayıt Apellyasiya Məhkəməsində tanışını öldürməkdə təqsirləndirilən Emin Pirqurbanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.  

 
Məhkəmənin növbəti iclası fevralın 28-nə təyin edilib.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 

Qeyd: 2022-ci il iyulun 10-u saat 15 radələrində Sumqayıt şəhər sakini 1965-ci il təvəllüdlü İsrayıl Quliyevin öldürülməsi barədə Sumqayıt Şəhər Prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Emin Pirqurbanın şəxsi münasibətlər zaminində aralarında yaranmış mübahisə zamanı bıçaqla İsrayıl Quliyevin boyun nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emin Pirqurban təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, ifadəsində bildirib ki, ev alqı-satqısı ilə məşğul olur, zərərçəkmiş əvvəllər həbsdə olub.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 15 Fevral 2024, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin