BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda devalvasiya olacağı barədə iddialara münasibət bildirildi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov 2025-ci ilin ilk rübündə Azərbaycanda devalivasiya olacağı barədə iddialara aydınlıq gətirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, devalivasiyanı şərtləndirən amillər var, Azərbaycanda bu risklər hələ gözlənilmir:

Aydın Hüseynov: "Ermənistan və Gürcüstanda ÜDM-in artması həmin ölkələrin  yerli iqtisadi mənbələri hesabına baş verməyib" Pravda.az

“Azərbaycanın milli valyutasının arxasında strateji məhsullar, o cümlədən neft dayanır. Məlumdur ki, xarici ticarət dövriyyəmiz müsbət saldo ilədir, valyuta ehtiyatlarımız 69 milyard dollardır. Neftin qiyməti dünya bazarında büdcədə nəzərdə tutulduğundan yuxarı səviyyədədir, 85 dollar civarında satılır. Bir sözlə, Azərbaycanda devalivasiyanı şərtləndirən heç bir risk gözlənilmir. Hesab edirəm, dünya bazarında bu kimi risklərin olacağı da proqnozlaşdırılmır. Neftin qiymətinin düşməsi, digər strateji məhsullarda dəyişiklik olması, Azərbaycanın xarici ticarət dövriyyəsində hansısa risklər gözlənilən deyil. Buna görə də devalivasiya olacağı o qədər də inandırıcı arqument deyil”.

 

Aytəkin Qardaşova

Tarix: 15 Fevral 2024, 09:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin