BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur musiqiçi velosipeddən yıxılıb öldü - FOTO

Britaniyanın məşhur “The Pretty Things” musiqi qrupunun qurucularından biri və vokalçısı Fil Mey bədbəxt hadisə nəticəsində yaralanıb və yerləşdirildiyi “Queen Elizabeth” xəstəxanasında ölüb.

 

“Express” nəşri yazır ki, 75 yaşlı Fil velosipeddən yıxılaraq ayağını ciddi zədələyib.

 

Bundan sonra xəstəxanada onun bud nahiyəsində mürəkkəb cərrahi əməliyyat aparılıb, lakin yaranmış ağırlaşmalar musiqiçinin ölümünə gətirib çıxarıb.

 

Qeyd edək ki, “The Pretty Things” qrupu 1963-cü ilin sentyabrında yaradılıb. Fil Mey və gitaraçı Dik Teylor kollektivin əsasını təşkil ediblər. 2020-ci ildə qrupun yeni albomu işıq üzü görməli idi.

Fotoları təqdim edirik
Tarix: 17 May 2020, 09:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin