BURADA REKLAMINIZ OLA
BİLƏR

Əmisi oğlu və gənc qızın ölümünə səbəb olan sürücü həbs edildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tərtərdə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qoşqar Quluzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkəcək. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs növündə qətimkan tədbirinə dəyişdirilib və Qoşqar Quluzadə məhkəmə iclası zalında həbs edilib.

 

Qeyd: Hadisə 30 may 2023-cü il tarixdə, saat 18 radələrində Tərtər rayonunun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, 1999-cu il təvəllüdlü Qoşqar Yaşar oğlu Quluzadə idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə idarə etməni itirərək ağaca çırpıb. Nəticədə avtomobildə olan sərnişinlər, onun əmisi oğlu, 1998-ci il təvəllüdlü Röyal Sevindik oğlu Quluzadə və həmin şəxsin tanışı, 2004-cü il təvəllüdlü Emilla Eminova qızı Ziyadova hadisə yerində ölüb. Sürücü isə xəsarət alıb.

 

Qoşqar Quluzadəyə qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

Tarix: 16 Fevral 2024, 09:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin