BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi qohumunun ona verdiyi borc pulu istəməsinə görə arvadını döydü

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Tahir Əhmədlinin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 
 

Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib. 

 

İttihama görə, hadisə 25 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində Abşeron rayonu, Məmmədli kəndində qeydə alınıb.

 

Belə ki, sərxoş vəziyyətdə olan Tahir Əhmədli yaşadığı evində arvadı, zərərçəkmiş Rəna Əhmədli (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə arvadının ona qohumlarına yaranmış borcu ilə bağlı narazılıq bildirməsi olub. Qadın ərinə bildirib ki, əmisi qızı ona verdiyi borc pulu geri istəyir. Bu sözlərdən əsəbiləşən Tahir Rənanın üzərinə hücum edib, əl və yumruqla qəsdən onun sifət, baş, bədən nahiyələrindən ardıcıl zərbələr vuraraq, qadına xəsarət yetirib.

 

Hadisədən sonra Tahir Əhmədli cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

Tarix: 16 Fevral 2024, 09:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin