BURADA REKLAMINIZ OLA
BİLƏR

İrandan Azərbaycana qanunsuz keçən pakistanlıya hökm oxundu

Astara Rayon Məhkəməsində dövlət sərhədini qanunsuz olaraq keçməkdə təqsirləndirilən Pakistan vətəndaşı Sabır Ghulamın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 
Məhkəmənin hökmü ilə o, 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycanın hüdudlarından kənara məcburi çıxarılsın.

 

İttihama görə, Pakistan vətəndaşı olan Sabır Ghulam Azərbaycana qanunsuz yolla gəlmək məqsədi ilə 11 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində qəsdən qanunsuz olaraq ölkəmizin mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsinin Astara rayonu ərazisində yerləşən zastavasının “N” saylı sahəsindən İrandan Azərbaycan istiqamətində keçib. O, həmin gün, saat 20:25 radələrində Astara rayonu Rüdəkənar kəndi ərazisində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb.

 

Əcnəbinin barəsində Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 16 Fevral 2024, 09:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin