BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaxarova: Qərb Navalnının ölümü ilə bağlı çıxardığı nəticələrlə özünü ifşa edir

NATO ölkələri liderlərinin Navalnının ölümünə Rusiyaya qarşı birbaşa ittihamlar şəklində dərhal reaksiyası özünü ifşaetməsi deməkdir.


Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.


"Hələ məhkəmə-tibbi ekspertizası yoxdur, amma Qərbin çıxardığı nəticələr artıq hazırdır" deyə Rusiya XİN sözçüsü teleqram kanalında yazıb.


Qeyd edəki, Aleksey Navalnı bu gün çəza çəkdiyi Yamal-Nenets Muxtar dairəsində yerləşən koloniyada vəfat edib. RT öz mənbələrinə istinadən Navalnının qan laxtaıanmasından (tromb) öldüyü barədə məlumat yayıb./APA

Tarix: 16 Fevral 2024, 16:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin