BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə dolların məzənnəsi kəskin artacaq

Türkiyə Mərkəzi Bankı tərəfindən sorğu edilən bazar iştirakçıları inflyasiyanın ilin sonuna qədər 42%-i keçəcəyini proqnozlaşdırırlar.

 

Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

 

“Fevral ayı sorğusunun nəticələrinə görə, ilin sonunda gözlənilən inflyasiya səviyyəsi 42,04%, dolların məzənnəsinin isə 40 lirə səviyyəsində olacağı gözlənilir”, – məlumatda deyilib.

 

Qeyd edək ki, fevralın əvvəlində dollar 30 lirə həddini keçərək tarixi rekord qırmışdı.

 

Hazırda dollar 30,8 lirəyədir.Axar.az

Tarix: 16 Fevral 2024, 18:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin