BURADA REKLAMINIZ OLA
BİLƏR

Psixoloq xanımlara səsləndi: “İstədiyin hədiyyəni gözləyəndə, amma görməyəndə aqressivlik göstərmək lazım deyil” - FOTO

14 fevral sevgililər günü ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər müzakirə yaradıb. Xanımların bir çoxu bahalı gül buketlərini, konfet qutularını zibil qablarıba atıblar...

 

Psixoloq Gülnar Orucova Pravda.az-a açıqlamasından bildirib ki, bəzi insanlar verilən dəyəri qiymətləndirmir:

 

“Sosial şəbəkələrdə həmin görüntüləri görəndə çox heyfisləndim ki, bəzi insanlar, həqiqətən, onlara verilən dəyəri qiymətləndirmir, anlamırlar. Ən pisi də budur ki, qadınlar ehtiyacları olan hədiyyəni gözləyirlər. Bu, doğru addım deyil ki, ehtiyacın olan hədiyyəni kişidən gözləyirsən. Ehtiyacın nədirsə, onu özün əldə etməyi bacarmalısan. Sən xanım olsan da, özgüvənin, qürurun olmalıdır. Kimdənsə nəyisə ummaq yerinə, o insana həqiqi dəyər verməyi, gözləməyi bacarmalısan. İstədiyin hədiyyəni ondan gözləyəndə, amma görməyəndə aqressivlik göstərmək lazım deyil. Biz aqressiya göstərəndə nə baş verir? Guya nələrsə dəyişir? O kişinin imkanı çatsaydı, gözlədiyin hədiyyəni verərdi. Sadəcə, zaman keçdikcə xanımlar sosial şəbəkələrin təsirinə düşürlər. Qızlar sosial şəbəkələrdə bahalı hədiyyələr, maşınlar, "İPhone"lar görürlər və o qızlarla özlərini müqayisə edirlər. Qərar verirlər ki, özləri daha üstündür. Sual verirlər ki, "niyə mənim də olmasın?" Onlar da elə hədiyyələr istəyirlər. Fikrimcə, heç bir xanım dili ilə olsa belə, hədiyyə istəməli deyil. Düşünməsin ki, ona verilən dəyər elə o hədiyyə ilədir. Bir insanın imkanı buna çatır və səni bununla mükafatlandırır. Xanımlar, bir kişi sizə gül verirsə, o kişini çox sevin, hədiyyəyə aldanmayın. Çünki o kişi onsuz da bilir ki, üç gün sonra çiçək solacaq. Sadəcə, sənin bir gülüşünü görmək üçün, üzündəki təbəssümə o çiçəyi verir. Sizi sevən insan dərdinizə şərik olan, sizi həqiqətən xoşbəxt etmək istəyən insandır. Bəzi şeylər həqiqətən pulla ölçülməli deyil”.

 

Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 16 Fevral 2024, 19:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin